Bank Of Baku

Ombudsman Sumqayıtda prezident seçkilərlə bağlı görüş keçirib

Ombudsman Sumqayıtda prezident seçkilərlə bağlı görüş keçirib
# 10 oktyabr 2008 15:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Azərbaycan Qadın və İnkişaf Mərkəzi ilə birlikdə Sumqayıt şəhərində seçkilərlə bağlı görüş keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Sumqayıt şəhər icra hakimiyyəti, habelə dairə və məntəqə seçki komissiyalarının, yerli QHT və KİV-in, habelə müəssisə və təşkilatların nümayəndələri iştirak edib. Ombudsman seçki komissiyalarının, icra hakimiyyəti orqanlarının, polisin üzərinə düşən vəzifələr barədə danışıb, seçkilərin azad və demokratik keçirilməsi üçün bu qurumların təmsilçilərinin seçki prosesinə müdaxiləsinin yolverilməzliyini vurğulayıb. Görüşdə çıxış edən 41, 43, 120, 125 saylı DSK-ların, həmçinin məntəqə seçki komissiyalarının sədrləri seçki təbliğatının genişləndirildiyini namizədlər üçün bərabər imkanların yaradıldığını diqqətə çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR