Bank Of Baku

Mətbuat katibi: “Brilliant Dadaşovanın istintaqa çağırılmasından söhbət belə gedə bilməz”

Mətbuat katibi: “Brilliant Dadaşovanın istintaqa çağırılmasından söhbət belə gedə bilməz”
# 10 oktyabr 2008 15:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Brilliant Dadaşova il yarım əvvəl Türkiyədən qayıtdıqdan sonra ansamblındakı musiqiçiləri başına toplayıb, onlarla yenidən fəaliyyət göstərmək istədiyini bildirdi. Lakin Ramin Həsənov ibadətlə məşğul olduğunu əsas gətirərək, musiqidən tamamilə ayrıldığını söylədi. Bununla da, Brilliant xanımla onun əməkdaşlığına son qoyuldu”. APA-nın məlumatına görə, bu bəyanatı Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın xalq artisti İlhamə Quliyevanın oğlu və digər viəzifəli şəxslərin övladlarının barəsindəki cinayət işinin ibtidai istintaqında dindirilməsi ilə bağlı məlumatlara münasibət bildirən müğənninin mətbuat katibi Aynurə Əhmədova yayıb.

A. Əhmədova R. Həsənovun həbsindən B. Dadaşovanın xəbərsiz olduğunu vurğulayıb: “Brilliant xanım Raminin adının hansısa cinayət işində hallanmasından xəbərsizdir. Müğənninin istintaqa çağırılmasından isə söhbət belə gedə bilməz”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin məlumatına görə, bu işlə əlaqədar həbs olunmuş R. Həsənov skripkaçı kimi Azərbaycanın xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımovanın ansamblında çalışıb. Onun həbsi ilə əlaqədar B. Dadaşova və A. Kazımova istintaqda dindiriliblər.

A. Kazımovanın məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR