Bank Of Baku

Bakıda 3 ay axtarışda olan şəxs tutulub

Bakıda 3 ay axtarışda olan şəxs tutulub
# 10 oktyabr 2008 15:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakının Nərimanov rayonunda 3 ay axtarışda olan şəxs həbs edilib. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1986-cı il təvəllüdlü Emin Səmədağa oğlu Zeynalov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinir. 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E. Zeynalov paytaxtda saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR