Bank Of Baku

Dəhşətli sel Azərbaycanın Lənkəran və Astara rayonlarında güclü dağıntılar törədib

Dəhşətli sel Azərbaycanın Lənkəran və Astara rayonlarında güclü dağıntılar törədib
# 13 oktyabr 2008 07:28 (UTC +04:00)
APA-nın Cənub bürosunun məlumatına görə, yağıntının leysan xarakteri alması çaylarda suyun səviyyəsini artırıb, Lənkəran çayı məcrasından çıxıb. Su ötürücü kanallarının dolması nəticəsində şəhərin mərkəzi küçələrində gediş-gəliş çətinləşib. Rayonun Hirkan, Parakənd, Gərmətürk, Şağlaküçə, Girdəni, Separadi, Xarxatan və digər kəndlərində fərdi həyətyani və əkin sahələrini su basıb. İstisu qəsəbəsi ərazisindəki su anbarı daşıb. Gəgiran və Günəhir dağ kəndlərinə gedən yollarda bir neçə körpü uçub. Həmin ərazidə sürüşmə təhlükəsi yaranıb. Biləsər dağ yolu yağlıntı nəticəsində yararsız hala düşüb.
Yağıntının küləklə müşahidə olunması Lənkəranın elektrik təsərrüfatına da ciddi ziyan vurub. Dünən axşam saat 19.30 – dan rayonun əksər yaşayış məntəqələrinə enerjinin verilişi dayandırılıb. Rayon paylayıcı elektrik şəbəkəsinin qəza briqadası gərgin iş rejiminə keçib. Şəhər İcra Hakimiyyəti tərəfindən isə yerlərə ağır texnika cəlb olunub və ötürücü su kanalları operativ şəkildə təmizlənib.
Məlumata görə, gclü yağışlar Astarada da təbii fəlakət yaradıb. Astara çayının daşması nəticəsində Məsçidməhəllə kəndində 100 - dən artıq fərd ev suyun altında qalıb. 50-yə yaxın evin sakini dərhal evukasiya olunub. Pəlikeş ərazi icra nümayəndəliyinin Düriyyə kəndindən keçən Pensərçayın üzərindəki körpünü su aparıb və 11 kəndlə əlaqə kəsilib. Hamuşam - Siyəkü kənd yolunun “Üləsi” adlanan ərazisində dağ sürşməsi nəticəsində 50 metrlik yolun bağlanması ətraf 7-8 kəndlə əlaqənin kəsilməsi ilə nəticələnib. Ərçivan kəndindəki Ərçivan çayı daşaraq 300-ə yaxın evin həyətini basıb. Miki kəndində 1 ev, Siyəkü kəndində isə 3 ev torpaq sürüşməsinə məruz qalıb. Şəmətürk və Şüvü kəndlərindəki körpüləri sel suları aparıb.Təbii fəlakətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin nümayəndələri yerlərdə mövcud vəziyyətlə tanış olublar. Ərazilərə texnikalar gətirilib. Rayonlara dəyən ziyanın məbləği dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR