Bank Of Baku

Moskvada daha bir azərbaycanlı skinxedlərin hücumuna məruz qalıb

Moskvada daha bir azərbaycanlı skinxedlərin hücumuna məruz qalıb
# 13 oktyabr 2008 07:46 (UTC +04:00)
Moskva-APA. Moskva-Odinçovo elektrik qatarının sərnişini, 21 yaşlı azərbaycanlı skinxedlərin hücumuna məruz qalıb. APA-nın məlumatına görə, Setun və Bakovka stansiyaları arasında qatara minən onlarla maskalı gənc azərbaycanlını döyməyə başlayıblar. Soydaşımızın müqavimət göstərdiyini görən skinxedlərdən biri onun kürəyinə bir neçə bıçaq zərbəsi endirib. Yaralı azərbaycanlı Bakovka stansiyasında qatardan düşürülüb və təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər soydaşımızın sol böyrək və mədəsinin ciddi xəsarət aldığını, daxili orqanlarının zədələndiyini bildirirlər. Vəziyyəti ağır olan azərbaycanlı hazırda xəstəxananın reanimasiya şöbəsində saxlanır. Faktla bağlı cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR