Bank Of Baku

Xakasiyada 5 nəfərdən ibarət azərbaycanlı ailəsi vəhşicəsinə qətlə yetirilib

Xakasiyada 5 nəfərdən ibarət azərbaycanlı ailəsi vəhşicəsinə qətlə yetirilib
# 13 oktyabr 2008 07:46 (UTC +04:00)
APA-nın “Xakasiya” İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, Şirin rayonunun Son kəndindəki sallaqxanada işləyən fəhlənin cinayətinin qurbanı azərbaycanlı əmək mühacirləri olub. Fəhlə azərbaycanlı ər-arvadı, onların 12 yaşlı qızını, ev sahibinin qaynını və onun 10 yaşlı oğlunu qətlə yetiriblər.

Azərbaycanlıların yaşadığı həyətə girən qonşu qadın bir nəfərin yerdə qan içində yıxılıb qaldığını görüb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Evə baxış keçirən milislər beş cəsəd, o cümlədən iki məktəblinin cəsədini aşkarlayıblar. Həlak olmuş azərbaycanlı ailənin sağ qalmış 4 yaş və 1 ay 16 günlük iki qızı isə təcili olaraq xəstəxanaya çatdırılıb. Onların dəm qazın zəhərləndiyi müəyyənləşib. Məlum olub ki, qatil cinayətin izini itirmək üçün evə od vurub.

Elə həmin gün hüquq-mühafizə orqanları isti izlərlə qatili - yerli sallaqxanada fəhlə işləyən 22 yaşlı fəhləni həbs ediblər. Anası ilə tək yaşayan fəhlə əvvəllər oğurluq faktına görə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub. Cinayətin motivləri hələlik məlum deyil. Cinayət işini Rusiya Prokurorluğunun Xakasiya bölgəsi üzrə istintaq idarəsi öz nəzarətinə götürüb. Həlak olan azərbaycanlıların adları açıqlanmır. Onların uzun müddətdən bəri Xakasiyada yaşadığı və ət məhsulları ticarəti ilə məşğul olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR