Bank Of Baku

Azərbaycanda axtarışda olan biznesmen İnterpol xətti ilə Almaniyada həbs olunub

Azərbaycanda axtarışda olan biznesmen İnterpol xətti ilə Almaniyada həbs olunub
# 17 oktyabr 2008 08:40 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1952-ci il təvəllüdlü Ələddin Ayaz oğlu Quliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə 8 ay axtarışda olub. Bu ilin mart ayında ölkəni tərk edərək Almaniyada gizlənən Ə. Quliyevin avtomobil biznesi ilə məşğul olduğu bildirilir.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi əməkdaşlarının İnterpolla birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ə. Quliyev Almaniyada saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması üçün lazımi tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR