Bank Of Baku

Bərdə, Quba və Yevlaxda baş verən yol qəzalarında 3 nəfər ölüb

Bərdə, Quba və Yevlaxda baş verən yol qəzalarında 3 nəfər ölüb
# 17 oktyabr 2008 10:10 (UTC +04:00)
Bakı-APA. Ötən gecə saat 23.30 radələrində Bərdə rayonunda, rayon sakini Vüqar Zeynalov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanan traktora vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V. Zeynalovun sərnişinlərindən Bərdə rayon sakini Novruz Kərimov hadisə yerində ölüb, xəsarət alan Mübariz Məmmədov isə xəstəxanaya yerləşdirilib. Dünən saat 5.00 radələrində isə Quba rayonunun Əniğ-oba kəndində, kənd sakini Ramil Çərkəsov "BMW" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə R. Çərkəsov hadisə yerində ölüb, xəsarət alan sərnişini, həmkəndlisi Amid Hacıverdiyev isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, oktyabrın 12-də Yevlax rayonu ərazisində, rayon sakini Rza Əliyevin "VAZ-2106" markalı avtomaşını idarə edərkən vurduğu həmyerlisi Yaşar Mustafayev oktyabrın 16-da xəstəxanada dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR