Bank Of Baku

Həbsxanada baltalanan “kriminal avtoritet”in vəziyyəti normaldır

Həbsxanada baltalanan “kriminal avtoritet”in vəziyyəti normaldır
# 17 oktyabr 2008 10:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Məhkum yoldaşı tərəfindən baltalanan “Qara” ləqəbli “kriminal avtoritet” Yunus Nəzərovun vəziyyəti normaldır. Bu barədə APA-ya məlumat verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Qara Yunus”un Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müayinə olunduğunu bildirib. Hazırda onun vəziyyətinin normal olduğunu diqqətə çatdıran komitə sədri hadisəni törətmiş məhbusun isə başqa cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bildirib.

Qeyd edək ki, oktyabrın 15-dən 16-a keçən gecə, 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “kriminal avtoritet” Y. Nəzərov məhbus yoldaşı tərəfindən yatdığı yerdə baltalanıb. Hadisədən sonra həbsxanadakı məhbuslar arasında bir müddət gərginlik yaşanıb. Məhbuslarla aparılan danışıqlardan sonra gərginlik səngiyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR