Bank Of Baku

Ombudsman Aparatı prezident seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb

Ombudsman Aparatı prezident seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb
# 17 oktyabr 2008 12:27 (UTC +04:00)
Bu barədə Ombudsman Aparatının seçkilərdə apardığı müşahidələrin nəticələrində qeyd olunub. Ombudsaman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçkilər zamanı hər hansı bir pozuntu ilə əlaqədar Ombudsman təsisatına şikayət daxil olmayıb: “Prezident seçkiləri eyni zamanda göstərdi ki, ölkəmiz bundan sonra da hüquqi və demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin bərqərar olunması, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyib”.
Qeyd olunub ki, seçkilərin demokratik, şəffaf, ədalətli və qanunvericiliklə müəyyən edilmiş qaydada, nizam-intizamla, mütəşəkkil keçirilməsi, seçki hüquqlarının təmini, səsvermə prosesinin təşkili məqsədi ilə ciddi tədbirlər görülüb: “Eyni zamanda seçkilərdə vətəndaşların yüksək fəallığı müşahidə edilib”.
Bildirilib ki, 15 oktyabr prezident seçkiləri günü İnsan Hüquqları üzrə Müvəkkil və Aparatın 30 əməkdaşı Bakı şəhəri və ölkənin 51 rayonunda 96 seçki dairəsində və 356 seçki məntəqəsində müşahidəçi qismində seçkilərə qatılıb, 30-dan çox qaçqın və məcburi köçkün icmasında, 7 hərbi hissədə, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində seçki prosesini izləyiblər. Onlar həmçinin səslərin sayılması, yekun protokolunun tərtib olunması proseslərini də müşahidə ediblər: “Bu zaman hər hansı bir qanun və qaydaların pozulmasını aşkar olunmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR