Bank Of Baku

Bakıda su borusu oğurlayan şəxs tutulub

Bakıda su borusu oğurlayan şəxs tutulub
# 17 oktyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Əzizbəyov rayonunda 200 metr su borusu oğurlayan şəxs həbs edilib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Şağan qəsəbə sakini Məhərrəm Əliyevin həyətyanı sahəsindən 200 metr uzunluğunda su borusunun oğurlanması barədə 1-ci Polis Bölməsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törədən 1975-ci il təvəllüdlü Zeynalabdin Abdullayev saxlanılıb. İlkin dindirilmə zamanı Z. Abdullayev törətdiyi oğurluq əməlini etiraf edib və onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR