Bank Of Baku

Əvvəllər dörd dəfə məhkum olunmuş Maştağa sakini iki həmyerlisini bıçaqlayıb

Əvvəllər dörd dəfə məhkum olunmuş Maştağa sakini iki həmyerlisini bıçaqlayıb
# 18 oktyabr 2008 07:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Əvvəllər 4 dəfə məhkum olunmuş Maştağa sakini iki həmyerlisini bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə ötən gecə Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, 1961-ci il təvəllüdlü Məmmədağa Əsgər oğlu Məmmədov şəxsi münaqişə nəticəsində həmyerliləri Cahil Aydəmirov və İlqar Sadıqovu döş nahiyəsindən bıçaqlayıb.

Zərərçəkənlər ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. RPİ-nin 14-cü Polis Bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş M. Məmmədov saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR