Bank Of Baku

Azərbaycan paytaxtında silahlı şəxs həbs edilib

Azərbaycan paytaxtında silahlı şəxs həbs edilib
# 18 oktyabr 2008 08:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında silahlı şəxs həbs edilib. Nəsimi rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, ötən gün RPİ-nin 20-ci Polis Bölməsinə (PB) Rövşən Həsənov adlı şəxsin “KİA” markalı, 90 BU 775 dövlət nömrə nişanlı avtomobilindən rəsmi sənədlərin oğurlanması barədə məlumat daxil olub.

Məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sənədləri oğurlayan şəxs, 1963-cü il təvəllüdlü İlqar Cümşüd oğlu Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
O, qanunsuz silah gəzdirməkdə və oğurluqda təqsirli bilinir.

Faktla bağlı Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR