Bank Of Baku

Bakı sakini qarət olunub

Bakı sakini qarət olunub
# 18 oktyabr 2008 08:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı sakini 4 naməlum şəxsin hücumuna məruz qalıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Dəstə üzvləri Bakı sakini, 1978-ci il təvəllüdlü Şəadət Rafiq oğlu Rzayevə bıçaqla hədə-qorxu gələrək üstündə olan 330 manat pulunu, qızıl boyunbağını, gümüş bilərziyini və mobil telefonunu alaraq hadisə yerindən qaçıblar. Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən iki nəfər - 1989-cu il təvəllüdlü Elmir Hüseynov və 1992-ci il təvəllüdlü Qədir Qədirov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR