Bank Of Baku

“Azərtikintibərpa” MMC-yə məxsus borular oğurlanıb

“Azərtikintibərpa” MMC-yə məxsus borular oğurlanıb
# 18 oktyabr 2008 09:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində “Azərtikintibərpa” MMC-yə məxsus borular oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə şirkətin Nəsimi rayonu ərazisində yerləşən bazasında baş verib. Bazadan 8 ədəd iri tutumlu dəmir boru aparılıb. Rayon Polis İdarəsinin (RPİ) 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 1956-cı il təvəllüdlü Məzahir Sumbat oğlu Səfərov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı M. Səfərov oğurluğu tamah məqsədilə törətdiyini etiraf edib. Faktla bağlı Nəsimi Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR