Bank Of Baku

Zaqatalada iki maşın toqquşub, hər iki sürücü ölüb

Zaqatalada iki maşın toqquşub, hər iki sürücü ölüb
# 19 oktyabr 2008 15:55 (UTC +04:00)
Rayonun Qazangül qəsəbəsi sakini, 1988-ci il təvəllüdlü rayonun Həsənov Naib Yaqub oğlunun idarə etdiyi VAZ-21 099 markalı 10-LG-394 dövlət nömrə nişanlı avtomaşınla, Zaqatala şəhər sakini, 1977-ci il təvəllüdlü Hacıməmmədov Kənan Allahverdi oğlunun idarə etdiyi VAZ-21 09 markalı 66-BE-392 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Nəticədə N. Həsənov aldığı kəllə-beyin travmasından hadisə yerindəcə keçinib. Digər maşının sürücüsü K. Hacıməmmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onun hayatını xilas edə bilməyiblər.

İlkin ehtimala görə, qəzaya maşınların yüksək sürətlə idarə olunması səbəb olub.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi qaldırılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR