Bank Of Baku

Dağıstanda güclü yanğın baş verib, iki azərbaycanlı ölüb, bir neçəsi isə yaralanıb

Dağıstanda güclü yanğın baş verib, iki azərbaycanlı ölüb, bir neçəsi isə yaralanıb
# 19 oktyabr 2008 16:02 (UTC +04:00)
Sakinlərin sözlərinə görə, pul qazanmaq məqsədi ilə Dağıstana gedən Qax rayonunun Zəyəm kənd sakinləri Cabrayılov Nüsrət Zakir oğlu və İsmayılov Elvin Canpolad oğlu, həmçinin rayonun Şotavar kənd sakini Musyev Aqşin Vaqif oğlu və daha bir neçə azərbaycanlının Mahaçqalada kirayə qaldıqları evdə yanğın baş verib.

Nəticədə Zəyəm kənd sakini N.Cabrayılov və Şotavar kənd sakini A.Musayev aldıqları müxtəlif dərəcəli yanıq xəsarətlərindən keçiniblər.

Bu gün onların cənazələri Vətənə gətirilərək, doğulduqları kənddə torpağa tapşırılıb.

Yanğın zamanı xəsarət alan E.İsmayılov və digər azərbaycanlılar isə Bakı şəhərinə gətirilərək, xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, bu azərbaycanlılar Mahaçqalada adı açıqlanmayan bir tikinti şirkətində çalışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR