Bank Of Baku

Azərbaycan paytaxtında polisə bilərəkdən yalan məlumat verən qadın həbs olunub

Azərbaycan paytaxtında polisə bilərəkdən yalan məlumat verən qadın həbs olunub
# 20 oktyabr 2008 07:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında polisi aldadan qadın həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon sakini Əsli Heydərova Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, evindən 5 min ABŞ dolları məbləğində pulun oğurlanması barədə polisə məlumat verib.

Ə. Heydərova, həmçinin, polisə pullarının oğurlanmasında evində çalışan ustalardan şübhələndiyini bildirib. Hadisə ilə bağlı dərhal Binəqədi Rayon Polis İdarəsində əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Ə. Heydərovanın polisə yanlış məlumat verdiyi üzə çıxıb.

İşlədiyi müəssisənin rəhbərindən aldığı külli miqdarda pulu öz borclarına sərf edən Ə. Heydərovanın çıxılmaz vəziyyətdə qaldığı üçün bu vasitədən istifadə etmək məcburiyyətində qaldığı məlum olub.

Faktla əlaqədar Ə. Heydərova saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR