Bank Of Baku

Məcburi köçkün qısqanclıq zəminində həyat yoldaşını və qonşusunu bıçaqlayıb

Məcburi köçkün qısqanclıq zəminində həyat yoldaşını və qonşusunu bıçaqlayıb
# 20 oktyabr 2008 08:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində məcburi köçkün qısqanclıq zəmnində həyat yoldaşını və qonşusunu bıçaqlayıb. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında yerləşən “Şəfəq” istirahət guşəsində baş verib. Orada məskunlaşan Mehman Cabbarov qısqanclıq zəmnində həyat yoldaşı, Natavan Cabbarovanı bıçaqlayıb. Çoxlu bıçaq zərbəsi alan N. Cabbarova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. M. Cabbarov daha sonra qonşusu Cabbar Rüstəmova da bir neçə bıçaq zərbəsi vurub və sonradan polisə gedərək könüllü təslim olub. M. Cabbarov cinayət hadisəsini qısqanclıq zəmnində törətdiyini etiraf edib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR