Bank Of Baku

Qaçırdığı maşınla qəza törədən Bakı sakini hadisə yerində həlak olub

Qaçırdığı maşınla qəza törədən Bakı sakini hadisə yerində həlak olub
# 20 oktyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Qaçırdığı maşınla qəza törədən Bakı sakini hadisə yerindəcə həlak olub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Aslan Hüseynov Binə qəsəbəsində yaşayan Ənpir Nağıyevə məxsus “VAZ-2106” markalı, 10 ES 488 dövlət nömrə nişanlı maşını qaçırdıb. A. Hüseynov qaçırdığı maşınla Qala şosesində yüksək sürətlə hərəkət edərkən əks istiqamətdə hərəkət edən, İlham İskəndərovun idarə etdiyi “KamAZ” markalı, 90 BV 484 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində A. Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR