Bank Of Baku

Bakı sakini avtomobillə iki piyadanı vurub

Bakı sakini avtomobillə iki piyadanı vurub
# 20 oktyabr 2008 09:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda 17 yaşlı gənc idarə etdiyi avtomobilə iki piyadanı vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza hadisəsi bu gecə Gəncə prospektində baş verib. Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kənan Qabil oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı, 10 SR 295 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyadalar- Sergey Puqaçov və Nikolay Yermakovu vurub. Qəza nəticəsində S. Puqaçov hadisə yerindəcə dünyasını dəyişib. Ağır bədən xəsarəti almış N. Yermakov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR