Bank Of Baku

Qazaxda 7 yaşlı uşaq avtobusun altında qalıb

Qazaxda 7 yaşlı uşaq avtobusun altında qalıb
# 20 oktyabr 2008 09:31 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı – APA. Qazax rayon mərkəzinin Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. 55 yaşlı Müslüm Məmmədovun idarə etdiyi, “Sumqayıt-Qırmızı körpü” marşrutu üzrə hərəkət edən “Daewoo” markalı avtobus qarşısına çıxan 7 yaşlı Eldəniz Vidadi oğlu Məhərrəmovu vurub.

E. Məhərrəmov hadisə yerindəcə keçinib. Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna bildirib ki, sürücü istintaqa verdiyi ifadəsində avtobusu çox sürətlə idarə etdiyini deyib, uşağın qəfildən yola çıxdığını bildirib.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR