Bank Of Baku

Bakıdakı servis mərkəzindən oğurluq edən qrup zərərsizləşdirilib

Bakıdakı servis mərkəzindən oğurluq edən qrup zərərsizləşdirilib
# 20 oktyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında fəaliyyət göstərən “Mercedes-Benz Chrysler” servis mərkəzindən oğurluq etmiş qrup zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə “Mercedes-Benz Chrysler” serviz mərkəzindən avtomobil ehtiyat hissələrinin oğurlanması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 3 nəfərdən ibarət qrup üzvləri- 1992-ci il təvəllüdlü Xəqani Məmmədov, 1994-cü il təvəllüdlü Rəşid Əliyev və 1993-cü il təvəllüdlü Azər İsaqlı həbs edilib. Faktla bağlı onların barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR