Bank Of Baku

Şəmkirdə və Sumqayıtda qətl törədən şəxslər tutulub

Şəmkirdə və Sumqayıtda qətl törədən şəxslər tutulub
# 21 oktyabr 2008 10:34 (UTC +04:00)
Bakı-APA. Şəmkir rayonunda, rayon sakini Babək Bayramov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B. Bayramovu münaqişə zəminində bıçaqla qətlə yetirən rayon sakini Rəşad Sadıqov tutulub.
Məlumata görə, Sumqayıt şəhərindəki H. Z. Tağıyev qəsəbəsindən, qəsəbə sakini Əntiqə Mirzəyevanın baş nahiyəsində küt alət xəsarətləri olan meyiti tapılıb. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Mirzəyevanı qısqanclıq zəminində qətlə yetirən həmyerlisi Vidadi Qədimov tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR