Bank Of Baku

Arzu Abdullayeva Söz Azadlığının Müdafiəsi Komitəsinin sədrliyindən istefa verəcək

Arzu Abdullayeva Söz Azadlığının Müdafiəsi Komitəsinin sədrliyindən istefa verəcək
# 21 oktyabr 2008 10:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Söz Azadlığının Müdafiəsi Komitəsi (SAMK) hələlik fəaliyyət göstərir, lakin Komitənin üzvləri belə işləsələr, istefa verəcəyəm”. Bu sözləri APA-ya açıqlamasında SAMK sədri Arzu Abdullayeva deyib. Komitə sədri bildirib ki, həbsdə olan jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı yaradılan qurumun hazırda 167 üzvü olsa da, onlar aksiyalarda aktiv iştirak etmirlər: “Piketlərimizdə onların 10-15-ni güclə tapmaq olur. Həbsdə olan jurnalistlərin ailələrinə yardım aksiyası keçiririk, həddən artıq cüzi məbləğ toplanılır”.

A. Abdullayeva komitənin növbəti toplantısında qurumun fəaliyyətsiz üzvləri SAMK-dən çıxarılacağını da sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR