Bank Of Baku

Bakıda oğurluq etməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı tutulub

Bakıda oğurluq etməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı tutulub
# 21 oktyabr 2008 10:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında oğurluq edən Gürcüstan vətəndaşı həbs olunub. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi rayonun Cəfər Xəndan küçəsi ev 26 ünvanında qeydə alınıb. Gürcüstan vətəndaşı, 1979-cu il təvəllüdlü Livan Çiçiya Amuroviç Sədulla Abdullayevin yaşadığı mənzildən oğurluq etmək istəyərkən hadisə başında 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmçinin Ç. Amuroviçin üzərinə baxış keçirərkən ondan 0,369 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, hazırlama, saxlama, daşıma və ya satma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR