Bank Of Baku

Qayınanasının evindən oğurluq edən şəxs saxlanılıb

Qayınanasının evindən oğurluq edən şəxs saxlanılıb
# 21 oktyabr 2008 10:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakının Səbayel rayonunda qaynanasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxs həbs edilib. Bakı şəhər Baş polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbayel rayonu F. Qurbanov küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Sənubər Atakişiyevanın evindən 5 min manat oğurlanması barədə Səbayel Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində pulu aparanın kimliyi müəyyən edilib. Məlum olub ki, oğurluğu S. Atakişiyevanın kürəkəni 1977-ci il təvəlüdlü Təbriz Ağayev edib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR