Bank Of Baku

Ədliyyə naziri Fikrət Məmmədov Mirzə Sakitin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə razılıq verib

Ədliyyə naziri  Fikrət Məmmədov Mirzə Sakitin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə razılıq verib
# 21 oktyabr 2008 11:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün hüquq müdafiəçiləri Çingiz Qənizadə, Elçin Behbudov, Sahib Məmmədov, Səidə Qocamanlı, Novella Cəfəroğlu və Arzu Abdullayeva ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər. Bu barədə APA-ya məlumat verən Çingiz Qənizadə deyib ki, görüşdə məqsəd “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitlə bağlı son günlər mətbuatda yayılan bəzi məlumatlara aydınlıq gətirmək olub. Hüquq müdafiəçisi Mirzə Sakitlə bağlı saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş insidentin nazirlik tərəfindən ciddi araşdırıldığını bildirib: “Fikrət Məmmədov dedi ki, məsələ ilə bağlı artıq müəssisəyə nümayəndələr göndərmişəm. Əyər orada Mirzə Sakitə qarşı baş vermiş zorakılıq halları təsdiqini taparsa, müəssisə rəhbərliyi barəsində ölçü götürüləcək.”
Ç. Qənizadə F. Məmmədovun M. Sakitin başqa müəssisəyə köçürülməsinə də razılıq verdiyini söyləyib: “Nazir Sakit Zahidovun başqa Cəzaçəkmə Müəssisəsinə köçürülməsinə dərhal göstəriş verəcəyini və bunun tezliklə həyata keçiriləcəyini söylədi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR