Bank Of Baku

Ombudsmanın nümayəndələri 3 saylı istintaq təcridxanasında olublar

Ombudsmanın nümayəndələri 3 saylı istintaq təcridxanasında olublar
# 21 oktyabr 2008 11:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasında olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar Ombudsmana müraciət etmiş şəxslərlə təcridxanada görüşüblər. Görüş zamanı həmin şəxslər istintaq təcridxanasında saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini söyləyiblər. Bəzi şəxslər barələrində istintaqın qeyri-obyektiv aparılmasından və ədalətsiz məhkəmə qərarlarından şikayətləniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR