Bank Of Baku

65 yaşlı Balakən sakini ağacdan yıxılıb ölüb

65 yaşlı Balakən sakini ağacdan yıxılıb ölüb
# 21 oktyabr 2008 13:54 (UTC +04:00)
Balakən. Vüqar Heydərov. APA. 65 yaşlı Balakən rayon sakini xurma ağacından yıxılaraq ölüb. Balakən rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən rayonu Meşəşanbul kənd sakini, 1943-cü il təvəllüdlü Hudulov Nurmohma Əli oğlu həyətdə xurma yığarkən ağacdan yıxılıb. N. Hudulov Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Baş verən bədbəxt hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR