Bank Of Baku

Bakıda qardaş bacısının qaynını bıçaqlayıb

Bakıda qardaş bacısının qaynını bıçaqlayıb
# 21 oktyabr 2008 13:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakının Sabunçu rayonunda qardaş bacısının qaynını bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sabunçu rayonunun Bilgəh kəndi ərazisində yerləşən tibb məntəqəsində, kənd sakini, 1986-cı il təvəllüdlü Kamil Hüseynovun qardaşının həyat yoldaşı Aygün Hüseynova ilə aralarında baş vermiş münaqişə nəticəsində baş verib. Bildirilib ki, qaynının hərəkətlərindən tənqə gələn A. Hüseynova aralarında olanı münaqişəni qardaşı Alim Dadaşova danışıb. Bacısının dinlədikdən sonra hiddətlənən A. Dadaşov bacısıgilə gələrək K. Hüseynovu yaxınlıqda yerləşən tibb məntəqəsinə söhbət etməyə çağırıb. Onların arasında dava düşüb və A. Dadaşov Kamili döş nahiyyəsindən bıçaqlayıb. K. Hüseynov ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib. Baş vermiş hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən əməliyyat qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü A. Dadaşov saxlanılıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR