Bank Of Baku

Elçin Behbudov “Lotu Yunus” ləqəbi ilə tanınan Yunus Nəzərovla görüşüb

Elçin Behbudov “Lotu Yunus” ləqəbi ilə tanınan Yunus Nəzərovla görüşüb
# 21 oktyabr 2008 15:05 (UTC +04:00)
Bakı-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində “Lotu Yunus” ləqəbi ilə tanınan məhbus Yunus Nəzərovla görüşüb. E. Behbudov APA-ya bildirib ki, müəssisənin reanimasiya şöbəsində müalicə olunan Y. Nəzərov vəziyyətinin yaxşı olduğunu, özünü yaxşı hiss etdiyini deyib. Məhbus hüquq müdafiəçisinə mətbuatda onun barəsində qeyri-dəqiq məlumatların yayıldığını deyib və buna son qoyulmasını xahiş edib. Y. Nəzərovun həkimi onun həyatına təhlükə olmadığını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl saylı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “kriminal avtoritet” Yunus Nəzərovun məhbus yoldaşı tərəfindən baltalanması barədə məlumat yayılıb. Məlumata görə, hadisə Y. Nəzərovun digər məhbus yoldaşlarını döyməsi üstündə baş verib. Y. Nəzərovun özünü həbsxanada bu cür aparmasını qəbul etməyən məhbuslardan biri onu yatdığı yerdə baltalayıb. Bundan sonra baltalanan məhbus ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR