Bank Of Baku

Fikrət Məmmədov Norveç Krallığı Ədliyyə Nazirliyinin nümayəndə heyətini qəbul edib

Fikrət Məmmədov Norveç Krallığı Ədliyyə Nazirliyinin nümayəndə heyətini qəbul edib
# 21 oktyabr 2008 16:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bu gün ölkəmizdə səfərdə olan Norveç Krallığı Ədliyyə Nazirliyinin baş katibi Morten Ruudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Məmmədov Azərbaycanda oktyabrın 15-də keçirilən prezident seçkilərinin beynəlxalq standatlara uyğun- azad, şəffaf və demokratik şəraitdə baş tutduğunu diqqətə çatdırıb. Nazir həmçinin məhkəmə sisteminin təkmilləşdirilməsi, ədliyyə orqanlarının müasirləşdirlməsi sahəsində görülən işlərdən danışıb. Görüşdə Norveçlə Azərbaycan arasında iqtisadi əlaqələrin uğurlu inkişaf etdiyi vurğulanıb.
Ədliyyə sahəsində səmərəli əməkdaşlıqdan məmnun qaldıqlarını bildirən qonaqlar, Norveç və ATƏT-in Azərbaycanla hüquqi islahatlar üzrə üçtərəfli formatda əməkdaşlığa maraqlı olduqlarını diqqətə çatdırıblar. Morten Ruud Avropa ədliyyə nazirlərinin ölkəsində keçiriləcək növbəti konfransına Azərbaycanın ədliyyə nazirinə Norveç tərəfinin dəvətini çatdıırıb. Tədbirdə Norveç Krallığının səfiri Yon Ramberq və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero Ansola da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR