Bank Of Baku

Azərbaycanın Göyçay rayonunda qohumlar arasında baş verən münaqişə iki nəfərin bıçaqlanması ilə nəticələnib

Azərbaycanın Göyçay rayonunda qohumlar arasında baş verən münaqişə iki nəfərin bıçaqlanması ilə nəticələnib
# 22 oktyabr 2008 11:05 (UTC +04:00)
Göyçay rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumatına görə, Bəydovul kənd sakini 1964-cü il təvəllüdlü Xudiyev Ağababa Ağabala oğlu və onun 20 yaşlı oğlu Əziz Xudiyev bu gün saat 1.20 radələrində yaxın qohumları olan Yadigar və Nicat Xudiyev qardaşlarının hücumuna məruz qalıblar. Xudiyev qardaşları münaqişə nəticəsində Ağababa Xudiyevə və Əzizə bıçaq zərbələri endiriblər. A. Xudiyev qarın, döş qəfəsi nahiyələrindən və ayağından aldığı 8 kəsilmiş-deşilmiş yara ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda vəziyyəti ağır olaraq qalır. Sol qolundan və budundan yaralanan Ə. Xudiyev isə xəstəxananın travmatologiya şöbəsində müalicə olunur. Məlumata görə, faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi başlanıb. Yadigar Xudiyev artıq tutulub, onun qardaşının barəsində isə axtarış elan olunub. N. Xudiyevin əvvəllər məhkum olunduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR