Bank Of Baku

Bakıda İran vətəndaşının evini qarət etməkdə təqsirləndirilən şəxs tutulub

Bakıda İran vətəndaşının evini qarət etməkdə təqsirləndirilən şəxs tutulub
# 22 oktyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında İran vətəndaşının evi qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Yasamal rayonunda qeydə alınıb. İran İslam Respublikasanının vətəndaşı, 1971-ci il təvəllüdlü Pərviz Firidun Şəhramın evinin qarət edilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub. Şikayətçi evindən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Rövşən Cavanşir oğlu Əhmədov tutulub. Fatkla bağlı Yasamal Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR