Bank Of Baku

Azərbaycanın şimal rayonlarına qar yağıb

Azərbaycanın şimal rayonlarına qar yağıb
# 22 oktyabr 2008 11:54 (UTC +04:00)
Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, ötən gün əsən şimal-qərb küləyi bölgəyə soyuq hava kütləsi gətirib. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olan bütün yaşayış məntəqələrinə qar yağıb, temperatur mənfi dərəcəyə düşüb. Hidrometeoroloqlar belə hava şəraitinin oktyabrın 23-dək davam edəcəyini bildirib. Qeyd edək ki, yağmurlu hava şəraiti ilə əlaqədar bölgədən keçən dağ çaylarında suyun həcmi artıb. Quba Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İsrafil Bağırovun APA-ya verdiyi məlumata görə, rayondan keçən Qudyalçayda, Qaraçayda, Ağçayda yarana biləcək selə qarşı sahilbərkitmə tədbirləri gücləndirilib. Sahil kənarı uçqunların davam etdiyi Vəlvələçayda isə sağ və sol sahillər boyunca 2 kilometrlik bəndin layihəsi hazırlanıb və artıq bəndvurma tədbirlərinə hazırlıq işləri aparılır.
Quba rayonunun əksər ərazilərində isə mavi yanacaq çatışmazlığı yaranıb. Mövcud qeyri-sabit hava şəraiti ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bu gündən etibarən şimal bölgəsində monitorinqlərə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR