Bank Of Baku

Samuxda avtomobil oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib

Samuxda avtomobil oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib
# 22 oktyabr 2008 13:18 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı-APA. Samuxda dələduzluq yolu ilə vətəndaşların maşınlarını əldə edərək onları hissələrə bölərək satan bir qrup şəxs zərərsizləşdirilib. Samux rayon polis şöbəsinin rəis müavini Bahadur Şükürovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Gəncə sakinləri Rövşən Şahnəzərov, Seymur Verdiyev və Bərdə sakini “Arıx” ləqəbli Raqub Əkbərov banklara kredit borcu olan şəxslərdən avtomobilləri satmaq adı ilə alıblar. İstintaq zamanı məlum olub ki, dəstə üzvləri 6 xarici avtomobili bölərək ehtiyat hissələrini Gəncənin maşın bazarında satıblar. Dələduzluqla məşğul olan qrupun digər üzvlərinin müəyyən edilməsi üçün tədbirlər görülür. Faktla bağlı Samux rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.2. maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR