Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunun Polis Şöbəsində intihar hadisəsi baş verib

Azərbaycanın Lənkəran rayonunun Polis Şöbəsində intihar hadisəsi baş verib
# 22 oktyabr 2008 13:20 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, dünən saat 16.00 radələrində rayonunun Veravil kənd sakini 1976-cı il təvəllüdlü Zahir Gülməmməd oğlu Məmmədovun meyiti Lənkəran şəhər Polis Şöbəsinin həyətindəki ayaqyolundan asılmış vəziyyətdə tapılıb.

Lənkəran şəhər Polis Şöbəsinin rəisi İlham Hüseynov APA-ya bildirib ki, Zahir Gülməmmədov ötən gün üzərində narkotika tapıldığı üçün polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İ. Hüseynov deyib ki, şöbəyə gətiriləndən sonra saxlanılan şəxs ayaqyoluna getmək istədiyini bildirib. Az sonra isə onun meyiti asılmış vəziyyətdə ayaqyolundan tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR