Bank Of Baku

Masallı rayonundakı Elektrik Yarımstansiyasında baş verən yanğın nəticəsində 32 kənd işıqsız qalıb

Masallı rayonundakı Elektrik Yarımstansiyasında baş verən yanğın nəticəsində 32 kənd işıqsız qalıb
# 22 oktyabr 2008 15:41 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Bu gün saat 17.30 radələrində Masallı rayonunun Tükə kəndində yerləşən Elektrik Yarımstansiyasında yanğın baş verib. Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyev APA-nın cənub bürosuna bildirib ki, yanğın yağış yağması nəticəsində baş verən qısaqapanmadan yaranıb. Fövqəladə Hallar Nazirliyinin rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib, yanğın söndürülüb.
Yanğın nəticəsində Masallı və Lənkəran rayonlarının ümumilikdə 32 kəndini elektrik enerjisi ilə təmin edən xəttlərin sıradan çıxdığı bildirilib. Məlumata görə, sabaha qədər kəndlərə enerji verilişi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR