Bank Of Baku

Ötən il Sankt-Peterburqda iki Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən cinayətin üstü açılıb

Ötən il Sankt-Peterburqda iki Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən cinayətin üstü açılıb
# 22 oktyabr 2008 15:56 (UTC +04:00)
Sankt-Peterburq-APA. Ötən il Sankt-Peterburqda iki Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən cinayətin üstü açılıb. APA-nın məlumatına görə, Kalinin meyvə-tərəvəz bazasından külli miqdarda pulu özləri ilə aparan qeyri-rəsmi inkassatorlar Şpaler küçəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Atışma zamanı hücum edənlərdən biri və inkassator həlak olub. Aparılan kompleks tədbirlər nəticəsində cinayəti törətmiş 37 yaşlı Xçiva Çxaberidze həbs olunub. İstintaq zamanı əvvəllər Gürcüstan ərazisində quldurluq faktına görə mühakimə olunmuş Çxaberidzenin digər 300 məhbusla birlikdə Rustavi cəzaçəkmə müəssisəsindən qaçdığı aydınlaşıb. Deportasiya olunmaqdan qorxan dustaq qardaşı Koba ilə birlikdə Sankt-Peterburqa gəlib və 2007-ci ildə burada Azərbaycan vətəndaşları Talıb Məmmədov və Telman İmanquliyevlə tanış olublar. 2007-ci ilin aprelində Çxaberidze qardaşları Kalinin meyvə-tərəvəz bazarından pul aparan inkassatorlara hücum etməyi planlaşdırır və bu işə azərbaycanlılar Məmmədov, İmanquliyev və Fətullayevi cəlb edib. Hadisə zamanı Fətullayev soyadlı Azərbaycan vətəndaşı və bazanın mühafizəçilərindən biri ölüb. Basqınçılar avtomobildən 3 milyon rubl pulu götürərək hadisə yerindən qaçıblar. Hazırda Rusiya hüquq-mühafizə orqanları cinayətin digər iştiraçıları Koba Çxaberibze, Talıb Məmmədov və Telman İmanquliyev haqqında axtarış elan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR