Bank Of Baku

Mingəçevirdə “Cəmiyyət dəstəkli polis” layihəsi ilə bağlı seminar keçirilib

Mingəçevirdə “Cəmiyyət dəstəkli polis” layihəsi ilə bağlı seminar keçirilib
# 23 oktyabr 2008 00:35 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhərində ATƏT-in Bakı Ofisinin dəstəyi ilə həyata keçirilən “Cəmiyyət dəstəkli polis” layihəsi çərçivəsində gender məsələlərinin gücləndirilməsi ilə bağlı seminar keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə yerli QHT-in, hüquq-mühafizə orqanlarının təmsilçiləri iştirak edib. Seminarda Mingəçevir, Yevlax və Şirvan şəhərlərində həyata keçirilən “Cəmiyyət dəstəkli polis” layihəsinin əhəmiyyətindən danışılıb, burada əsas məqsədin polislə ictimaiyyət arasında yüksək inama, etimada, sıx əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi olduğu vurğulanıb.
Tədbirdə ATƏT-in Bakı Ofisinin proqram rəhbəri Con Mak Qreqor, Avstriyalı mütəxəssis Soniya Buş, ATƏT-in polis məsələləri üzrə eksperti Əbdülqədir Yaşar çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR