Bank Of Baku

Qusarda keçirilmiş əməliyyat zamanı həbs olunan vəhhabilər arasında Azərbaycan komandalarında çıxış etmiş futbolçu da var

Qusarda keçirilmiş əməliyyat zamanı həbs olunan vəhhabilər arasında Azərbaycan komandalarında çıxış etmiş futbolçu da var
# 23 oktyabr 2008 08:19 (UTC +04:00)
APA-Sport”un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bu ilin avqust-sentyabr aylarında Azərbaycanın Qusar rayonu ərazisində keçirilən əməliyyatlar zamanı həbs edilmiş vəhhabilər arasında olub.

A. Nurəliyevin “Meşə qardaşları” adlanan dəstə ilə əlbir olması artıq təsdiqlənib. Məhz bu səbəbdən əslən dağıstanlı futbolçu saxlanılaraq, istintaqa cəlb edilib.

Qeyd edək ki, “Meşə qardaşları”nın üzvləri Azərbaycan və Rusiya ərazisində müxtəlif cinayətlər törətməklə yanaşı, paytaxt Bakıdakı “Əbu Bəkr” məscidində 2 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən terror aktı törətməkdə günahlandırılırlar. “Meşə qardaşları”nın başçısı, Zaqatala rayon sakini İlqar Mollaçiyev isə Dağıstan ərazisində keçirilən əməliyyat zamanı öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR