Bank Of Baku

Dövlət Sərhəd Xidmətinin zabiti intihar edib

Dövlət Sərhəd Xidmətinin zabiti intihar edib
# 23 oktyabr 2008 10:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin zabiti intihar edib. Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Xıllı qəsəbəsində baş verib. DSX-nin rayonda yerləşən “N” saylı hərbi hissənin zabiti, baş-leytenant, 1980-cı il təvəllüdlü Anar Cabbarov qəsəbə ərazisində elektrik dirəyindən özünü asaraq intihar edib. Zabitin intihar etməzdən əvvəl ailəsi ilə bir neçə dəfə telefon əlaqəsi yaratdığı bildirilir. İlkin ehtimala görə A. Cabbarovun ailəsi ilə problemləri olub. Hazırda Rayon Prokurorluğunun istintaq qrupu intiharın baş vermə səbəblərini araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR