Bank Of Baku

13 ildir axtarışda olan fərari Bakıda həbs olunub

13 ildir axtarışda olan fərari Bakıda həbs olunub
# 23 oktyabr 2008 11:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində fərarilikdə təqsirləndirilən Saatlı sakini həbs edilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Mirqəni Böyükağa oğlu Rzayev 1995-ci ildən fərari kimi axtarışda olub. M. Rzayevin mal-qara oğurluğunda təqsirləndirildiyi də bildirilib. 14-cü Polis Bölməsinin və Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsin Bilgə qəsəbəsində gizləndiyi müəyyən olunub və o həbs edilib. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, M. Rzayev Cinayət Məcəlləsinin 334-cü (fərarilik) və 177-ci (oğurluq) maddələri ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR