Bank Of Baku

Abituriyentləri ali məktəblərə düzəltmək adı ilə valideynlərdən pul yığan müəllim həbs edilib

Abituriyentləri ali məktəblərə düzəltmək adı ilə valideynlərdən pul yığan müəllim həbs edilib
# 27 oktyabr 2008 08:57 (UTC +04:00)
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Tərtər rayon sakini, 1960-cı il təvəllüdlü Müslüm Kəniş oğlu Mustafayev özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi kimi təqdim edərək valideynlərə uşaqlarının ali təhsil ocaqlarına daxil olmalarına köməklik edəcəyinə dair vəd verib və onlardan külli miqdarda pul alıb. M. Mustafayevin əməlinin üstü açılan kimi Nəsimi rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Bir ay davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Mustafayev Nəsimi Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, M. Mustafayev Tərtər şəhərində orta məktəb müəllimi işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR