Bank Of Baku

Mingəçevir sakinini döyməkdə təqsirləndirilən Axund polisə izahat verib

Mingəçevir sakinini döyməkdə təqsirləndirilən Axund polisə izahat verib
# 27 oktyabr 2008 09:02 (UTC +04:00)
Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsindən bildirilib. Məlumata görə, Hacı Xanəli Babayev oktyabrın 25-də verdiyi izahatda Ramiz Süleymanovu döymədiyini, onunla aralarında mübahisə baş verdiyini qeyd edib.
Polis Şöbəsindən onu da bildiriblər ki, faktla bağlı açılan cinayət işi üzrə araşdırtmalar davam etdirilir.
Qeyd edək ki, Mingəçevirdə suvaqçı işləyən şəhər sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək ona xəsarət yetirməkdə təqsirləndirilən Hacı Xanəli Babayev barəsində Cinayət Məcəlləsinin 127.1 maddəsi (sağlamlığa qəsdən ağır zərər yetirmək) üzrə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR