Bank Of Baku

58 yaşlı Bakı sakini intihar edib

58 yaşlı Bakı sakini intihar edib
# 27 oktyabr 2008 10:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında 58 yaşlı kişi intihar edib. Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Görədil bağlarında yerləşən Azad Quliyevə məxsus evdə baş verib. Qohumunun evinə qonaq gələn, Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Novruzəli Ələsgər oğlu Babayev həyətdə yerləşən talvarın dirəyindən özünü asaraq intihar edib. Mərhumun meyiti ötən gecə qohumları tərəfindən aşkar edilərək tibbi ekspertizaya göndərilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. N. Babayev intihardan qabaq iki səhifəlik məktub yazdığı məlum olub. O, məktubda ölümündə heç kimin təqsirkar olmadığını, intihar etməsinə isə ailəsində yaranmış problemlərin səbəb olduğunu qeyd edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumata görə, N. Babayev uzun illər Rusiyada yaşayıb, bir müddət əvvəl Rusiyada ailə həyatı qurduğu qadın tərəfindən evdən qovulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR