Bank Of Baku

İlqar Hacıyev: “Müslüm Maqomayev Bakıda dəfn olunacaq”

İlqar Hacıyev: “Müslüm Maqomayev Bakıda dəfn olunacaq”
# 27 oktyabr 2008 10:31 (UTC +04:00)
Bu barədə APA-ya Ümümrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyev bildirib. İ. Hacıyev deyib ki, Azərbaycan hökumətinin dahi ifaçı, dünya şöhrətli Müslüm Maqomayevin doğma vətəni Bakıda dəfn olunması təklifinə Rusiya rəhbərliyi və sənətkarın xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya razılıq verib.

İ. Hacıyevin sözlərinə görə, M. Maqomayevlə Moskvada vida mərasimi sabah P. İ. Çaykovski adına konsert zalında keçiriləcək.

Cənazə Bakıya böyük nümayəndə heyəti müşayiəti ilə gətiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR