Bank Of Baku

Həbsdə olan AMİP-çi Avropa Məhkəməsinə şikayət edib

Həbsdə olan AMİP-çi Avropa Məhkəməsinə şikayət edib
# 27 oktyabr 2008 12:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İmişli rayon təşkilatının həbsdə olan fəalı Musa Rahim İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət edib. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya fəalı ona bəraət verilməsini və məhkəmənin əsassız qərar verdiyi üçün cərimə edilməsini istəyib.
Qeyd edək ki, İmişli Rayon Məhkəməsi 23 avqust 2007-ci ildə M. Rahimin
5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. O Cinayət Məcəlləsinin 221.2.2 (dövlət qulluqçusuna qarşı xuliqanlıq) və 315-ci maddələri (ictimai qaydanı kobud surətdə pozmaq) maddələri üzrə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR