Bank Of Baku

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin sabiq inspektoru həbs edilib

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin sabiq inspektoru həbs edilib
# 27 oktyabr 2008 12:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin sabiq inspektoru həbs edilib. Nərimanov rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, 1978-ci il təvəllüdlü Rəşad Hilal oğlu Kazımov vətəndaşlardan işə düzəltmək adı ilə külli miqdarda pul mənimsəməkdə təqsirli bilinir. Nərimanov rayon Məhkəməsinin R. Kazımovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından sonra onun tutulması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində R. Kazımov 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Nərimanov RPİ-də R. Kazımovun barəsində açılmış Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi üzrə cinayət işinin istintaqı davam etdirilir.
Polis Bölməsindən verilən məlumata görə, R. Kazımov Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində inspektor vəzifəsində çalışıb. Bir il əvvəl isə o tutduğu vəzifədən azad edilib.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev isə APA-ya açıqlamasında idarədə R. Kazımov adlı şəxsin çalışmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR